Bank Of Baku

Əbülfəs Qarayev İstanbulun “Avropa Mədəniyyətinin Paytaxtı” elan olunması münasibəti ilə keçiriləcək açılış mərasimində iştirak edəcək

Əbülfəs Qarayev İstanbulun “Avropa Mədəniyyətinin Paytaxtı” elan olunması münasibəti ilə keçiriləcək açılış mərasimində iştirak edəcək
# 29 dekabr 2009 08:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Yanvarın 16-da İstanbulun 2010-cu ildə “Avropa Mədəniyyətinin Paytaxtı” elan olunması münasibəti ilə təntənəli açılış mərasimi keçiriləcək. Açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edəcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əbülfəs Qarayev özü deyib.

Nazir bildirib ki, Bakının Avropa Mədəniyyətinin Paytaxtı elan olunması üçün ən azı 4-5 il tələb olunur: “Bakının “İslam Mədəniyyətinin Paytaxtı” elan olunması çərçivəsində keçirilən tədbirlər bizə sübut etdi ki, biz bu cür beynəlxalq tədbirlərin keçirilməsinə qadirik və Azərbaycan buna hazırdır. Bakı şəhərinin “Mədəniyyətlərarası Dialoq Paytaxtı” elan olunması üçün hazırlıq işləri görülür. Artıq Avropa Şurası, İSESKO və YUNESKO ilə fikir mübadiləsi aparılır. Düşünürük ki, gələcək illərdə Azərbaycan hökuməti Bakının “Avropa Mədəniyyətinin Paytaxtı” elan olunması ilə bağlı mütləq müraciət edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR