Bank Of Baku

Azərbaycanlı pianoçu Londonda konsert verəcək

Azərbaycanlı pianoçu Londonda konsert verəcək
# 23 fevral 2010 14:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov Londonda konsert proqramı ilə çıxış edəcək. Bu barədə APA-ya məlumat verən pianoçu bildirib ki, onun konserti “Buta” Mədəniyyət və İncəsənət Mərkəzinin keçirdiyi mədəniyyət festivalı çərçivəsində fevralın 25-də baş tutacaq.

Azərbaycanlı pianoçu həmin gün tanınmış israilli skripkaçı, dirijor Şlomo Minçlə birgə çıxış edəcək. Konsert proqramında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.

Xatırladaq ki, mədəniyyət festivalı ötən ilin noyabrın 25-də start götürüb və sonuncu qala-konserti bu ilin martında gerçəkləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR