Bank Of Baku

Rusiya telekanalında nümayiş olunan “Kot i sobaka” cizgi filmində “O olmasın, bu olsun” operettası erməni bəstəkarın adı ilə təqdim edilir

Rusiya telekanalında nümayiş olunan “Kot i sobaka” cizgi filmində “O olmasın, bu olsun” operettası erməni bəstəkarın adı ilə təqdim edilir
# 24 fevral 2010 10:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rusiyanın “Uşaq aləmi” televiziyasında (“Detskiy mir”) nümayiş olunan “Pişik və it” (“Kot i sobaka”) cizgi filmində Azərbaycanın dünya şöhrətli bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından istifadə edilib. Operettanın Məşədi İbadın oxuduğu “Mən nə qədər qoca olsam da, dəyərəm min cavana” hissəsi erməni bəstəkarın adı ilə təqdim olunur. APA-nın xəbərinə görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev problemin dərhal həll olunması üçün addımlar atılacağını deyib: “Təəssüf ki, mənim bütün televiziyaları izləmək imkanım yoxdur. Bu cür şeylərin şahidi olan, görən tamaşaçılar bizi bundan xəbərdar edə bilərlər. Bu animasiya filmi ilə bağlı kino şöbəsinə lazımi göstərişlər verirəm və çox güman ki, problem yaxın müddət ərzində həll olunacaq”.

Qeyd edək ki, animasiya filmi 70-ci illərin istehsalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR