Ermənilər Azərbaycanın Laçın rayonundakı qədim tarixi abidə ilə bağlı yalan məlumatlar yayırlar
Onun sözlərinə görə, Kosalar kəndi (sonralar bu kənd Ağoğlankənd adlandırılırdı) Qarıqışlaq – Laçın şose yolunun 2-ci kilometrliyində Minkənd çayının sağ sahili istiqamətində çaydan cəmi 80 metr məsafədə dəniz səviyyəsindən 1250-1300 metr yüksəklikdə Zəngəzur vilayətinin ermənilərə bağışlanmış yaşayış məntəqələri olan, Xəzinəvar (Xoznavar) və Bayandur kənd ərazilərinin kəsişdiyi yerdə yerləşir: “ Tarixi baxımdan bu kəndin ərazisində hələ tədqiq olunmamış çox zəngin tarix və mədəniyyət abidələri var. Bu kəndin ərazisindəki yeraltı keçidlər, süjetli daşlar və memarlıq abidələri Azərbaycan tarixini çox qədim zamanlara hətta antik dövrlərə qədər aparıb çıxarır. Kosalar kəndinin ən möhtəşəm abidəsi, IV-IX əsrə aid olan Qafqaz Albaniyası dövrünə məxsusluğu güman edilən «Ağoğlan» qəsr kompleksidir. Bu qəsr kompleksi dağın ətəyində yerləşir. Bu dağın zirvəsində antik qala «müşahidə qalası» var idi. Qaladan «Ağoğlan» qəsrinə yeraltı keçidlərin olması barədə ilk dəfə 1985-ci ilk dəfə mən fikir irəli sürmüşdüm. Bu fikir 2009-cu ildə Lider televiziyasının təşəbbüsü ilə çəkilmiş «Qalalar» filmində də səsləndirilib. Lakin bu yeraltı keçidlərin qəsrin içərisində mövcud olmuş izləri hələ işğala qədər olan dövrdə aşkar edə bilməmişdik. Amma erməni arxeoloqları 2009-cu ildə kompleksin içərisindən bu keçidə enmək üçün üç quyu aşkar ediblər”.
F. İsmayılov bildirib ki, 1992-ci ildə Laçın rayonunun işğalından sonra ermənilər bu qəsrin adını «Tzitzernavank» kəndin adını isə dövrü mətbuatda tez-tez səhv salaraq gah Zeyvə, gah da Hüsülü adlandırırlar. Halbuki Zeyvə və Hüsülü kəndləri Kosalar kəndinin bir neçə kilometrliyində öz mövcudluqlarını qoruyub saxlayırlar: “ Ağoğlan qəsrinin bu ərazidə ilk dəfə IV əsrdə inşa edilməsi barədə xeyli dəyərli sübutlar mövcud olsa da, bu abidə kompleksinin hələ xristianlığa qədərki dövrə aid olması barədə fikir söyləyənlər də var. Məhz buna görə də mütəxəssislər bu abidə kompleksini xristianlığa qədərki dövrə aid olan abidələr siyahısına daxil edilməsini vacib hesab edirlər. Abidə müxtəlif dövrlərdə dağıntılara məruz qaldığından IX əsrdə bu abidə yenidən inşa edilərək forma etibarı ilə kilsə stilinə uyğunlaşdırılıb. Bu abidə təmir edilərkən ilk bünövrələri olduğu kimi saxlanıb, hətta yan divarların da aşağıdan yuxarıya 1,5-2 mer hündürlükdə sağlam olan hissəsinə də toxunulmamış bu köhnə divarlar üzərində yeni divarlar tikilib. Bərpa zamanı qəsr həqiqətən də bu dövrün son dəbli tikintilərindən sayılan Azərbaycan memarlığın monastır tipinə uyğunlaşdırılıb. Monastrın uzunluğu 25,6 metr eni isə 12,5 metrdir. Kompleksin ümumi daxili ərazisi isə iki hektar ərazini əhatə edir. Bərpadan sonra «Ağoğlan qəsri» Alban dövrü memarlığının ən möhtəşəm abidələrindən birinə çevrilib. Abidənin mərkəzi nefi qərbdən şərqə doğru, şimal və cənub sütunlarla sıralandığından binaya böyük əzəmət və ecazkar bir gözəllik verir”.
F. İsmayılovun sözlərinə görə, ermənilər 1992-ci ildə bu əraziləri işğal etdikdən sonra Ağoğlan qəsrini təmir etmək adı altında abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də xeyli sayda alban dövrünə məxsus ornament və simvolları ya tamamilə siliblər, ya da formalarını dəyişdiriblər: “ 2006-cı ildə ABŞ-ın Kaliforniya Ştatından əldə edilmiş ianələr hesabına ermənilər bu abidəni ikinci dəfə təmir etdirmək bəhanəsi ilə abidənin divarlarının müxtəlif yerlərinə, bu abidənin erməni Qriqoryan dininə məxsusluğunu göstərən 26 yazı lövhəsi yerləşdirdilər. Kompleksin həyətinə sağ tərəfdən giriş qapısının yaxınlığına cərgə ilə 2 məzar daşı və kompleksin ümumi giriş qapısının önündə İrəvandan qırmızı bozalt daşdan yonulub gətirilmiş 2 ədəd xaç daşı basdırıblar, binanın fasadını söküb dəyişərək, kirəmit və dəmirlə əvəzləyiblər. Beləliklə, bu abidə divarları üzərində göstərilən tarixindən və öz əzəli orjinal daxili interyerindən və baxanları heyran qoyan öz əzəli gözəlliyindən də məhrum oldu”.
Ermənistan hökumətinin xüsusi tapşırığı ilə erməni yepiskoplar İrəvan şəhərində 2007-ci ildə öz daxili qərarı ilə bu abidəyə Erməni Qriqoryan Kilsəsi statusu verib: “Kosalar kəndinin ərazisi, bədii daş nümunələri, at-qoç fiqurları ilə zəngindir. Burada tarixi bizə hələlik məlum olmayan yeraltı keçidlər və tunellər də öz varlığını qoruyub saxlamaqdadır. Kosalar kəndinin etnik tərkibi bütün tarixi dövrlərdə azərbaycanlılardan ibarət olub. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq idi. Əhalinin yaşayış evləri qara damlardan, və sonralar müasirləşən müasir evlərdən ibarət idi. Kəndin ərazisindəki bütün abidələr yerli icra hakimiyyətinin rəhbərləri tərəfindən 1992-ci il erməni işğalına qədər tarix və mədəniyyət abidələri kimi qeydə alınaraq mühafizə edilib”.
Mədəniyyət siyasəti
Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb
Əməkdar artist Bəhruz Vaqifoğlu Pantomim teatrının quruluşçu rejissoru təyin edilib
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər
Xəbər Lenti
Pit Heqset İranı hədələyib: Tankerlərinizi məhv edəcəyik
SEPAH: İran ABŞ-ın aviadaşıyıcısına ballistik raketlərlə zərbələr endirib
WP Sudan hökumətinin gizli kimyəvi silah ehtiyatlarına malik olduğunu iddia edir
CBS: ABŞ sursat ehtiyatları ilə bağlı məlumat sızmasında xarici kəşfiyyat izindən şübhələnib
Hakan Fidan Abbas Əraqçi ilə İran-ABŞ böhranını müzakirə edib
Putin-Uitkoff-Kuşner danışıqları başa çatıb - VİDEO - YENİLƏNİB-2
Ağdamda traktor minaya düşüb
SEPAH: ABŞ-la əlaqəli 3 gəmi və 3 neft tankeri hədəfə alınıb
Konqoda toy mərasimində baş verən yanğın nəticəsində azı 22 nəfər ölüb
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
Merz Almaniyanın sənaye sektorunda iş yerlərini itirdiyini etiraf edib
Zelenski: Uitkoff və Kuşner sentyabrın 6-da Kiyevə səfər edəcəklər
Putin: Kiyevə zərbələrin dayandırılması ilə bağlı xahiş rəsmi kanallarla daxil olub
KİV: Türkiyə ilə ABŞ arasında S-400 sistemləri ilə bağlı irəliləyiş əldə edilib
Niger Fransanı ölkədə hərbi qiyam törətməyə cəhddə ittiham edib
İranda yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb
Nigeriya hərbçiləri terrorçuların girov götürdüyü 36 nəfəri azad edib
Qubada bu il 200 tona yaxın bal istehsal edilib
Vətən müharibəsi iştirakçısı: Şuşada, Cıdır düzündə hər bir iz canlı tarixdir, belə yerlərə zərər vurmaq yolverilməzdir
Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO