Bank Of Baku

“Əlavə təsir” bədii filminə ilk baxış keçiriləcək

“Əlavə təsir” bədii filminə ilk baxış keçiriləcək
# 14 fevral 2011 10:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dövlət sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında rejissor Elxan Cəfərovun çəkdiyi “Əlavə təsir” bədii filminin ilk baxışı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, filmin təqdimatı fevralın 16-da Beynəlxalq Muğam Mərkəzində olacaq.

Azərbaycan polisinin fəaliyyətinə həsr olunan filmin ssenari müəllifləri Elza Ağayeva və Ramiz Fətəliyev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Aygün Səmədzadə, səs operatoru Bəkir Bəkirzadə, montajçısı Elşad Rəhimovdur. Rollarda Əbdülqəni Əliyev, Kənan Mahmudov, Elxan Qasımov, Əbdül Mahmudov, Atabala Səfərov, Şamil Süleymanov, Xalidə Quliyeva, Gülzar Qurbanova və başqaları çıxış edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR