Bank Of Baku

Bakı Dövlət Sirkində Rusiya Dövlət Sirk Kampaniyasının nömrələrindən ibarət xüsusi proqramın nümayişinə başlanılacaq

Bakı Dövlət Sirkində Rusiya Dövlət Sirk Kampaniyasının nömrələrindən ibarət xüsusi proqramın nümayişinə başlanılacaq
# 14 fevral 2011 13:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Rusiya Dövlət Sirk Kampaniyasının nömrələrindən yığılan proqramda həmyerlimiz, Azərbaycanın və Rusiyanın xalq artisti Tofiq Axundovun “Rəqs edən begemotlar” attraksionu nümayiş olunacaq. Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətovun APA-ya verdiyi məlumata görə, bu yeni proqram tamaşaçıların marağına səbəb olacaq: “Əslində sirkin rəhbərliyi bu proqramı çoxdan Bakıya gətirmək istəyirdi. Sadəcə, başqa ölkələrdə qastrol səfərlərində olduqları üçün gələ bilmirdilər. Bu proqram Azərbaycandan öncə bir neçə ölkədə artıq göstərilib və böyük marağa səbəb olub. Ümid edirik ki, Azərbaycanda da eyni maraqla qarşılanar”.

Mahir Hümbətov bildirib ki, proqrama “əyləncəli safsarlar”, müxtəlif meymunlarla attraksionlar, əhliləşdirilmiş itlər, hava gimnastları, akrobatlar, güc jonqlyorları, velofiquristlər, şən klounlar və digər nömrələr daxildir. Proqramın martın sonuna qədər davam edəcəyi planlaşdırılır. Nümayişlər cümə, şənbə və bazar günü baş tutacaq. Novruz bayramı və məktəblilərin yaz tətili günlərində isə hər gün bir neçə seans olacaq. M. Hümbətov onu da qeyd edib ki, biletlər satışı artıq başlayıb. Qiymətlər isə dəyişməyib – yerindən asılı olaraq 4-10 manat arasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR