Bank Of Baku

Uşaq cizgi filmləri üçün ssenari müsabiqəsinin qaliblərinin adları açıqlanıb

Uşaq cizgi filmləri üçün ssenari müsabiqəsinin qaliblərinin adları açıqlanıb
# 15 fevral 2011 13:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilmiş uşaq cizgi filmləri üçün ssenari müsabiqəsinə yekun vurulub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, münsiflər heyətinin ümumi qərarı ilə müsabiqənin qalib ssenariləri müəyyən edilib.
I yerə “Balaca ev” ssenarisinə görə Lalə Abbasova, II yerə “Hər işdə bir xeyir var” ssenarisinə görə Pərviz Məmmədov və “Bağa qınını bəyənmədi”nin müəllifi Elçin Musaoğlu, III yerə “Özgəyə quyu qazan, özü düşər”ə görə müəllif Vüqar Haqverdiyev və “Əsil insan” ssenarisinə görə Ayna Qənbərova layiq görülüb.
Müsabiqədə I yeri tutan ssenari 2011-ci ildə dövlət sifarişi ilə istehsalata buraxılacaq. II yerin sahiblərinin hər birinə 500 manat və III yerin sahiblərinin hər birinə 300 manat mükafat veriləcək.
Mükafatlar fevralın 18-də Dövlət Film Fondunda keçirilən Uşaq kino bayramında təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR