Bank Of Baku

Fərhad Bədəlbəyli İspaniyaya gedəcək

Fərhad Bədəlbəyli İspaniyaya gedəcək
# 16 fevral 2011 10:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti, porfessor Fərhad Bədəlbəyli İspaniyaya səfər edəcək. Bu barədə APA-ya məlumat verən F. Bədəlbəyli İspaniyaya fevralın 26-da yola düşəcəyini söyləyib. O, dünya şöhrətli dirijor və violonçel ifaçısı Dmitri Yablonski ilə birgə məşhur “Naxos Music” şirkətinin təklifi əsasında üç sonata hazırlayacaq.

F. Bədəlbəyli 5 gün İspaniyada qalacağını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR