Bank Of Baku

Azərbaycan XVIII Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkasında uğurla təmsil olunub

Azərbaycan XVIII Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkasında uğurla təmsil olunub
# 17 fevral 2011 10:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Belarus Respublikasının paytaxtı Minsk şəhərində keçirilən XVIII Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkasında uğurla təmsil olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgidə nazirliyin aparat rəhbərinin müavini, kadrlar şöbəsinin müdiri Cavanşir Cəfərov, Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin baş məsləhətçisi Aslan Cəfərov və “Çinar-Çap” nəşriyyatının icraçı direktoru Akif Dənzizadədən ibarət nümayəndə heyəti iştirak edib.

Sərgidə Azərbaycan üçün ayrılmış 10 kv.metrlik stenddə 100 addan artıq 202 nəşr məhsulundan ibarət rəngarəng ekspozisiya nümayiş olunub. Qarabağ hadisələrinə həsr olunmuş ayrıca guşə tamaşaçıların diqqətini xüsusilə cəlb edib. Sərgiyə gələnlər ekspozisiya vasitəsilə Qarabağda erməni vandalizmi, onların törətdikləri ağır cinayətlər barədə dolğun məlumatlar öyrəniblər. 22 ölkənin qatıldığı sərgi-yarmarkanın üçüncü günü Belarus prezidentinin müşaviri Viktor Aleksandiroviç Lukaşenko Azətrbaycan stendini ziyarət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR