Bank Of Baku

Azərbaycan Akademik Milli Dram Teatrının direktoru İtaliyaya səfərə gedəcək – FOTO

Azərbaycan Akademik Milli Dram Teatrının direktoru İtaliyaya səfərə gedəcək –  <font color=red>FOTO  </font>
# 18 fevral 2011 10:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov 21-28 fevral tarixlərində İtaliyanın Milan şəhərində işgüzar səfərdə olacaq. Teatrın mətbuat katibi Elçin Cəfərovun APA-ya verdiyi məlumata görə, bu məqsədlə İsrafil İsrafilov İtaliyanın Azərbaycandakı səfiri Mario Baldini qəbul edib. Görüşdə İtaliya-Azərbaycan mədəni münasibətlərinin mövcud durumu, gələcək perspektivləri, qarşılıqlı əməkdaşlıq məsələləri və İ. İsrafilovun İtaliya səfərinin proqramına toxunulub. Səfir İtaliya və Azərbaycan mədəniyyətlərinin qədim və zəngin tarixindən, bu iki xalqın mədəniyyətində mövcud olan oxşar xüsusiyyətlərdən söz açıb. Səfir, həmçinin Akademik Milli Dram Teatrının Milanın «Pikkolo» Teatrı ilə əməkdaşlığının Azərbaycan və İtaliya teatrları arasında ilk işbirliyi olduğunu xüsusi vurğulayaraq, bu cəhdi yüksək qiymətləndirdiyini söyləyib.
İ. İsrafilov Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən teatrlararası beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışıb, dünya mədəni intibahının beşiyi hesab edilən İtaliyanın teatrları ilə uzunmüddətli yaradıcılıq əməkdaşlığının qurulacağına ümid etdiyini bildirib. O, Azərbaycan-İtaliya teatr əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə konkret təkliflər irəli sürüb, iki ölkə arasında qarşılıqlı qastrol səfərlərinin, tərəflərin müstəqil rejissor quruluşlarının əhəmiyyətini vurğulayıb.
Görüşün sonunda səfir Mario Baldi Akademik Milli Dram Teatrının yeni texnika ilə təchiz olunmuş binası ilə tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR