Bank Of Baku

Azərbaycanın məşhur rəssamlarının İçərişəhərlə bağlı əsərləri sığortalanıb

Azərbaycanın məşhur rəssamlarının İçərişəhərlə bağlı əsərləri sığortalanıb
# 21 fevral 2011 08:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın məşhur rəssamlarının İçərişəhərlə bağlı əsərləri pulsuz sığortalanıb. Bu barədə APA-ya Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Qoruq İdarəsi tərəfindən satın alınmış əsərlər “Standard Insurance” Sığorta Şirkəti tərəfindən Azərbaycan mədəni irsinin qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsi məqsədilə sığortalanıb. Sığortalanan rəsm əsərləri arasında Toğrul Nərimanbəyovun “Bakı - qədim şəhər”, Tofiq Kərimovun “Qız qalası”, Elbəy Rzaquliyevin “Şirvanşahlar sarayı” və “Köhnə küçə”, Hafiz Məmmədovun “Qoşa qapı”, Rafiq Mehdiyevin “İçərişəhərdə”, Eyyub Məmmədovun “Şirvanşahlar”, Mahmud Tağıyevin “İçərişəhər”, Böyükağa Mirzəzadənin “Qala” və “Qız qalası” kimi əsərləri var.

Qoruq İdarəsi özəl şirkətlərin Azərbaycanın tarixinə, mədəni irsinə və incəsənətinə göstərdikləri qayğını təqdir edib və gələcəkdə bu cür təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR