Bank Of Baku

Bakı Musiqi Akademiyasının tələbələri Avropa İttifaqının “Mədəniyyət Orkestri”nə seçiləcəklər

Bakı Musiqi Akademiyasının tələbələri Avropa İttifaqının “Mədəniyyət Orkestri”nə seçiləcəklər
# 21 fevral 2011 10:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 25 tələbəsi Polşanın Adam Mikieviç İnstitutu tərəfindən yaradılmış “Mədəniyyət Orkestri”ndə iştirak etmək üçün bu gün və sabah seçim turundan keçəcəklər. APA-nın məlumatına görə, bunu akademiyanın rektoru Fərhad Bədəlbəyli mətbuat konfransında deyib. O, Avropa İttifaqında Polşanın sədrliyi çərçivəsində yaradılmış “Mədəniyyət orkestri”ni çox vacib təşəbbüs adlandırıb: “Bu təşəbbüs bizim gənc ifaçıların dünya salonlarında çıxış etməsinə, ən yaxşı musiqiçilərdən dərs almasına imkan verəcək”.

Polşanın Azərbaycandakı səfimi Mixal Labenda isə layihənin uzunmüddətli olacağını söyləyib. O bildirib ki, layihə Polşanın Mədəniyyət və Milli İrs Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilir.

Orkestrin rəhbəri Pavel Kotlanın sözlərinə görə, Polşa və “Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələrdən olan musiqiçilərdən formalaşacaq orkestr 104 nəfərdən ibarət olacaq. Orkestr bu il iyulun 1-də fəaliyyətə başlayacaq, payızda Avropaya turne həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR