Bank Of Baku

Bu ilin aprel ayında Bakıda I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Bu ilin aprel ayında Bakıda I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
# 21 fevral 2011 11:30 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Moskvada Rusiya Akademik Böyük Teatrının əsas səhnəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası artistlərinin ifasında Qara Qarayevin “Yeddi gözəl” baletinin nümayişinə həsr olunan mətbuat konfransında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev söyləyib.

Onun sözlərinə görə, bu il nazirlik Azərbaycan rəssamı Tahir Salahovun Rusiyanın bir çox şəhərlərində sərgilərinin keçirilməsini, Azərbaycan teatrlarının Rusiya şəhərlərinə qastrol səfərlərinin təşkilini planlaşdırır: “Azərbaycanla Rusiya mədəniyyət sahəsində əməkdaşlığını daim davam etdirir. Son 2-3 ildə Rusiya ilə birgə bir sıra mədəniyyət layihələri həyata keçirmişik. Bizim teatr truppalarımız Rusiya teatrlarında bir sıra tamaşalar səhnələşdiriblər. Dahi rus dramaturqu Çexovun əsəri Azərbaycanda tamaşaya qoyulub. Kinematoqrafiya sahəsində də əməkdaşlığımız var”.

Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdko Azərbaycanın Rusiya üçün mədəniyyət və humanitar sahədə mühüm strateji əməkdaş ölkə olduğunu söyləyib. O, bu ilin payızında Bakıda Rusiya-Azərbaycan Humanitar Forumunun keçiriləcəyini də bildirib.

Ə.Qarayev Azərbaycanın son zamanlar beynəlxalq simpoziumların məkanına çevrildiyini söyləyib. O, bu il aprelin 7-9-da Bakıda I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini bildirib: “Bu forum Avropa Şurası, UNESCO, İSESCO və bir sıra beynəlxalq təşkilatların dəstəyi ilə keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR