Bank Of Baku

Qara Qarayevin “Yeddi gözəl” baleti Moskvada Böyük Teatrının əsas səhnəsində uğurla nümayiş olunub

Qara Qarayevin “Yeddi gözəl” baleti Moskvada Böyük Teatrının əsas səhnəsində uğurla nümayiş olunub
# 21 fevral 2011 23:48 (UTC +04:00)
Moskva. Fərid Əkbərov - APA. Rusiya Akademik Böyük Teatrının əsas səhnəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası artistlərinin ifasında Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, baletin quruluşçu baletmeysteri Vasili Medvedyev, musiqi rəhbəri və dirijoru İstanbul Opera və Balet Teatrında çalışan Elşad Bağırov, quruluşçu-rəssamı Dmitri Çerbadji, geyim üzrə rəssamı isə Tahir Tahirovdur. Tamaşada Bəhram şah rolunu teatrın aparıcı solisti Mixail Lobuxin oynayıb. Gözəllər gözəli rolunda isə Azərbaycanın əməkdar artisti Kamilla Hüseynova çıxış edib.

Tamaşa Moskva sakinlərinin böyük marağına səbəb olub. Belə ki, teatrın giriş qapısında onlarla adam bilet tapa bilmədiyindən tamaşanı izləyə bilməyib.

Qeyd edək ki, baleti izləyənlər arasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, yazıçı dramaturq Rüstəm İbrahimbəyov, Rusiyada fəaliyyət göstərən Azərbaycan Diasporasının rəhbər şəxsləri və bir neçə xarici ölkənin səfirləri olub.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu jurnalistlərə açıqlamasında bu hadisənin iki ölkənin mədəni həyatında mühüm olduğunu bildirib. Səfir qeyd edib ki, “Yeddi gözəl” baleti Azərbaycan və Rusiya mədəni ictimaiyyətində çox böyük maraq oyadıb: “Baletin anşlaqla keçməsi və 20 xarici ölkə səfirinin izləyicilər arasında olması bunun göstəricisidir. Bütün bunlar Azərbaycan mədəniyyətinin və bütövlükdə Azərbaycanın imicinin möhkəmləndirilməsinə xidmət edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR