Bank Of Baku

Kiyevdə Arif Məlikovun musiqisi səsləndirilib

Kiyevdə Arif Məlikovun musiqisi səsləndirilib
# 25 fevral 2011 08:36 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Kiyevdə Azərbaycanın tanınmış bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin musiqisi səsləndirilib. APA-nın GUAM-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, GUAM Xarici İşlər Nazirləri Şurasının 14-cü iclasının keçirilməsi münasibətilə təşkilatın katibliyində GUAM musiqi mədəniyyəti axşamı təşkil olunub.

“Kiyev-Klassik” simfonik orkestrinin kamera qrupu GUAM ölkələrinin milli və müəllif əsərlərini ifa edib. İfa olunan əsərlər arasında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən musiqi də səslənib.

Tədbirdə GUAM ölkələri xarici işlər nazirləri, Kiyevdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Ukrayna XİN-in nümayəndələri, Ali Radanın üzvləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR