Bank Of Baku

Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin “Teleskop” əsəri əsasında yeni tamaşanın məşqlərinə başlanılıb

Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin “Teleskop” əsəri əsasında yeni tamaşanın məşqlərinə başlanılıb
# 28 fevral 2011 07:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin “Teleskop” tragikomediyası əsasında yeni tamaşanın məşqlərinə başlayıb. Teatrın mətbuat katibi Elçin Cəfərovun APA-ya verdiyi məumata görə, tamaşanın quruluşçu rejissoru Finlandiyada yaşayan azərbaycanlı Kamran Şahmərdandır. Tamaşaya tərtibat vermək üçün məşhur səhnə tərtibatçısı Eduard Koçerqin Milli Dram Teatrına dəvət olunub. Tamaşanın geyim üzrə rəssamı Eduard Koçerqinin həyat yoldaşı Anna Koçerqinadır. On bir şəkildən və iki epiloqdan ibarət tragikomediyanın musiqi tərtibatı Həmid Kazımzadə, rejissor assistenti Xanım Həsənovadır.
Qeyd edək ki, hazırda Finlandiyada yaşayan Kamran Şahmərdan uşaq yaşlarında rejissor Gülbəniz Əzimzadənin “Qaladan tapılan mücrü” filmində baş rol ifa edib. Orta təhsilini Bakıda alan Kamran Şahmərdan Stokholm İncəsənət Akademiyasını bitirib. UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyasının üzvüdür. 1999-cu ildən Finlandiyada yaşayır. Rusiyanın xalq rəssamı, Rusiya İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatları laureatı olan Eduard Koçerqin Rusiyada, Finlandiya, Yuqoslaviya, Polşa, Macarıstan, Fransa, Almaniya, ABŞ, Kanada və Yaponiyanın müxtəlif teatrlarında 200-ə yaxın tamaşaya tərtibat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR