Bank Of Baku

2011-ci il “Aşıq Ələsgər ili” elan edilib

2011-ci il “Aşıq Ələsgər ili” elan edilib
# 01 mart 2011 09:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birlyi tərəfindən 2011-ci il “Aşıq Ələsgər ili” elan edilib. APA-nın məlumatına görə, bunu Aşıqlar Birlyinin sədri, xalq şairi Zəlimxan Yaqub deyib. O bildirib ki, “Aşıq Ələsgər ili” çərçivəsində bir sıra silsilə tədbirlərin təşkili, aşıqların konserti, eləcə də bölgələrdə maraqlı proqramların həyata keçirilməsi nəzərdə tutulur.

İlin sonunda, noyabr ayında Aşıq Ələsgərin 190 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. “Aşıq Ələsgər ili”nə Heydər Əliyev Sarayında möhtəşəm qapanışla yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR