Bank Of Baku

“İlin kitabxanaçısı – 2010” respublika müsabiqəsinin qalibləri məlum olub

“İlin kitabxanaçısı – 2010” respublika müsabiqəsinin qalibləri məlum olub
# 01 mart 2011 12:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Kitabxanaçıların peşə ustalığı üzrə “İlin kitabxanaçısı – 2010” respublika müsabiqəsinin qalibləri açıqlanıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqə komissiyasına kitabxanaçı mütəxəssislər tərəfindən təqdim olunan innovasiya proqramları, kitabxananın informasiya resurslarının təbliğatının təşkili, qarşıda duran aktual problemlərin həllinə dair təkliflər, kitabxanaçı mütəxəssislərin fərdi keyfiyyətləri, habelə onların şəhər, rayon, respublika əhəmiyyətli tədbirlərdə və nazirlik tərəfindən həyata keçirilən layihələrdə fəal iştirakları nəzərə alınıb. Müsabiqə komissiyasının yekun rəyinə əsasən I mükafata - Gəncə şəhər MKS-nin şöbə müdiri Gülnaz İsgəndərova, II mükafata - Ucar rayon MKS-nin direktoru Bəsirə Abbasova, III mükafata - Bərdə rayon MKS-nin kitabxanaçısı Fəxriyyə Quliyeva layiq görülüblər. Dövlət Proqramı çərçivəsində kitabxanaların cəmiyyətin həyatında rolunun artırılması, kitabxana işçilərinin peşə ustalığının qiymətləndirilməsi, qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, kitabxanaçı peşəsinin nüfuzunu artırılması məqsədi ilə müsabiqədə qalib gəlmiş kitabxanaçı mütəxəssislər “İlin kitabxanaçısı – 2010” respublika müsabiqəsi haqqında əsasnaməyə uyğun olaraq Nazirliyin Fəxri Fərmanı və pul mükafatları ilə mükafatlandırılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR