Bank Of Baku

Azərbaycanın 300-ə yaxın filminin afişa və plakatları elektron daşıyıcılara köçürülür

Azərbaycanın 300-ə yaxın filminin afişa və plakatları elektron daşıyıcılara köçürülür
# 02 mart 2011 08:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dövlət Film Fondunda Azərbaycan filmlərinin afişa və plakatlarının elektron daşıyıcılara köçürülməsinə başlanıb. Bu barədə APA-ya fondun mətbuat katibi Rəşad Qasımov məlumat verib. Onun sözlərinə görə, bu layihə çərçivəsində təxminən 300-ə yaxın afişa elektron daşıyıcılara köçürüləcək.

Bununla yanaşı, Dövlət Film Fondunda təxminən 25-ə yaxın Azərbaycan filminin afişa və plakatı bərpa olunub. Bu sırada “Nəsimi”, “Tütək səsi”, “Ölsəm bağışla”, “Yaramaz”, “Bəyin oğurlanması”, “Şeytan göz qabağında”, “Süd dişinin ağrısı”, “Ürək, ürək”, “Baş müsahibə”, “Bir cənub şəhərində” və başqaları var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR