Bank Of Baku

Musiqili Komediya Teatrına yeni rejissor təyin olunub

Musiqili Komediya Teatrına yeni rejissor təyin olunub
# 03 mart 2011 10:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rus bölməsində Mark Kamolletinin “Xoşbəxt ailə oyunu oynayırıq və ya fransızsayağı qarnir” tamaşası hazırlanacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əsəri əməkdar incəsənət xadimi Əsgər Əsgərov səhnəyə qoyacaq.

Əsgər Əsgərov Mədəniyyət və Turizm Nazirliyinin apardığı islahatlar çərçivəsində Musiqili Komediya Teatrında hazırlanacaq yeni tamaşanın quruluşçu rejissoru təyin olunub. O, bir neçə gündür ki, tamaşanın məşqlərinə başlayıb. Tamaşanın musiqi rəhbəri əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Nabat Səmədova, ikinci rejissoru əməkdar artist Boris Qrafkindir. Teatrın rus truppasında təqdim olunacaq tamaşada aparıcı aktyorlar Nərgiz Kərimova, Nadejda Povelisina, Fərid Əliyev, Rauf Babayev, Emil Heydərov, Əliməmməd Novruzov, Svetlana Bulax, İzabella Şves, Marina Litvinenko, Yuliya Heydərova, Firuz Məmmədov, Rauf Babayev və başqaları çıxış edəcəklər.

Qeyd edək ki, Əsgər Əsgərov uzun illər Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb, 1990-1996-cı illərdə teatrın baş rejissoru olub. Moskvada, Mayakovski adına Akademik Dram Teatrının baş rejissoru A. Qonçarovun yanında təcrübə keçdikdən sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsinə dəvət edilib. Bu teatrda Viktor Rozovun “Şadlıq sorağında”, Nəbi Xəzrinin “Burla xatun”, Kamal Abdullanın “Hərdən mənə mələk də deyirlər…”, Jan Batist Molyerin “Skapenin kələkləri”, A. Kamyunun “Anlaşılmazlıq” əsərlərinə quruluş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR