Bank Of Baku

Muzey Mərkəzində Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtlarının təqdimat mərasimi keçirilib - FOTO

Muzey Mərkəzində Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtlarının təqdimat mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 03 mart 2011 10:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Muzey Mərkəzində 2011-ci il üçün Şabran şəhərinin “Azərbaycanın Əfsanələr Paytaxtı”, Lənkəran şəhərini “Azərbaycanın Folklor Paytaxtı” və İsmayıllı şəhərini “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan edilməsi ilə bağlı Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtlarının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ötən ildən həyata keçirilən bu layihənin əhali tərəfindən yüksək qarşılandığını qeyd edib: “Odur ki, biz bu layihəni 2014-cü ilə qədər davam etdirəcəyik. Keçirilən tədbirlərin həcmi də böyüyəcək, təcrübə də toplanacaq. Söhbət xalq yaradıcılığının nəsildən nəslə keçərkən zərrə qədər itirilməməsindən söhbət gedir”.
Ə. Qarayev bildirib ki, məsələ ilə əlaqədar Şabran, Lənkəran və İsmayıllı şəhərlərində il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və sair tədbirlərin təşkili nəzərdə tutulub.
Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatlara start verildiyini açıqlayan nazir, sahənin mədəni-siyasi təminat mexanizmlərinin monitorinqi aparıldığını qeyd edib. Keçirilmiş monitorinqin nəticələri əsasında Azərbaycanın qeyri-maddi mədəni irsinin bərpası, qorunması və hərtərəfli inkişafı ilə bağlı “2011-2020-ci illərdə Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı”nın layihəsi hazırlanaraq baxılmaq üçün müvafiq qurumlara təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR