Bank Of Baku

Əbülfəs Qarayev: “Azərbaycanda kino istehsalına ötənilki kimi 6 milyon manat ayrılıb”

Əbülfəs Qarayev: “Azərbaycanda kino istehsalına ötənilki kimi 6 milyon manat ayrılıb”
# 03 mart 2011 11:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 2011-ci ildə Azərbaycanda kino çəkilişi üçün 6 milyon manat ayrılıb. Bunu APA-ya açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, ötən il də Azərbaycanda kino çəkilişi üçün eyni məbləğdə pul ayrılmışdı: “Biz də filmlərin büdcəsinin 700-800 min manatdan artıq olmasına imkan vermirik. Ancaq bir-iki beynəlxalq layihə var ki, büdcəsi 2 milyona yaxın olacaq. Bu filmlərin xüsusi maliyyələşdirilməsi nəzərdə tutulur”.

Ə. Qarayev onu da əlavə edib ki, dövlət sifarişi ilə il ərzində iki cizgi filminin istehsalı nəzərdə tutulur: “Artıq ssenarilər bizə təqdim olunub və biz bu ssenariləri təsdiqləyəcəyik. Mən onların adlarını indidən demək istəmirəm, apreldə açıqlanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR