Bank Of Baku

Kann kino festivalında Azərbaycanın xüsusi pavilyonu olacaq

Kann kino festivalında Azərbaycanın xüsusi pavilyonu olacaq
# 03 mart 2011 11:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Kann kino festivalında Azərbaycanın xüsusi pavilyonun hazırlanması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədli Londona səfər edib. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, bu il Kann festivalında Azərbaycan pavilyonunun hazırlanması üçün müvafiq qurumlarla müzakirələr gedir: “İlk dəfə olaraq Azərbaycanın adı Kann festivalına təqdim olunacaq və xüsusi pavilyon qurulacaq. Bu, o demək deyil ki, bizim filmimiz orada iştirak edəcək. Amma pavilyon Azərbaycan kinosunun bir təmsilçiliyi olaraq orada qurulacaq. Bununla da Azərbaycan kinosunun beynəlxalq səviyyəyə çıxarılması üçün layiqli şərait yaradılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR