Bank Of Baku

BMT-nin mənzil-qərargahında “Novruz təbrikləri” adlı tədbir keçiriləcək

BMT-nin mənzil-qərargahında “Novruz təbrikləri” adlı tədbir keçiriləcək
# 09 mart 2011 15:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. TÜRKSOY beynəlxalq təşkilatının təşəbbüsü ilə martın 24-də BMT-nin mənzil-qərargahında “Novruz təbrikləri” adlı tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, bu tədbirdə mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin rəhbərliyi altında Azərbaycan Dövlət Rəqs Ansamblının 10 nəfərdən ibarət kollektivi (9 oğlan, 1 qız) və əməkdar artist Gülyanaq Məmmədova (xanəndə), Ehtiram Hüseyinov (xanəndə), əməkdar artistlər Malik Mansurov (tar) və Elşən Mansurovun (kamança) daxil olduqları muğam dördlüyü iştirak edəcək.
Tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Rusiya Federasiyasının Tatarıstan, Başqırdıstan, Tuva respublikaları, habelə Qaqauz Muxtar Yerinin incəsənət ustaları təmsil olunacaqlar.

Tədbir çərçivəsində Novruz bayramına aid şirniyyat və milli mətbəx nümunələri (boyanmış yumurtalar, paxlava, şəkərbura, quru meyvələr və s.) xonçalarda tamaşaçılara təqdim olunacaq.
Türk respublikalarının mədəniyyət nazirlikləri və TÜRKSOY Beynəlxalq Təşkilatı tərəfindən maliyyələşdirilən bu böyük mədəniyyət tədbirində BMT-nin rəsmi nümayəndələri, diplomatlar və dövlət xadimləri iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR