Bank Of Baku

Sankt-Peterburqda MDB dövlətləri musiqili teatrlarının tamaşalarına baxış keçiriləcək

Sankt-Peterburqda MDB dövlətləri musiqili teatrlarının tamaşalarına baxış keçiriləcək
# 11 mart 2011 13:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Aprelin 1-dən 7-dək Sankt-Peterburqda «Arlekin» Beynəlxalq festivalı çərçivəsində MDB dövlətləri musiqili teatrlarının tamaşalarına baxış keçiriləcək. Festivalda iştirak etmək məqsədi ilə Rusiya Teatr Xadimləri İttifaqı və Musiqili Teatrların Beynəlxalq Assosiasiyasının dəvəti ilə aprelin 1-də Dövlət Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev Sankt-Peterburqa yola düşəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festival çərçivəsində Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrının səhnəsində qoyulan rejissor N.Çusovanın quruluşunda «Dahi Yekaterina» (bəstəkar – S.Dreznin, libretto M.Roşin, A.Anno, M.Saltıkov), K.Strejnevin quruluşunda «www.silikonlu axmaq qız.net» (bəstəkar A.Pantıkin, libretto K.Rubinski), «Ölü canlar» (bəstəkar A.Pantıkin, libretto K.Rubinski) və «Pişik» (bəstəkar V.Baskin, R.Kiplinqin «Öz-özünə veyillənən pişik» əsərinin motivləri əsasında) tamaşaları nümayiş olunacaq.

Festivalın sonuncu günü - aprelin 7-də isə Sankt-Peterburqun Aktyor Evində “Rusiyanın müəllif müzikli – XXI: biz hara gedirik?…” mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır. Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevin də qatılacağı dəyirmi masada Moskva və Sankt-Peterburq şəhərlərinin aparıcı teatr tənqidçiləri, musiqili teatrlar üçün libretto yazan müəlliflər, həmçinin Rusiyanın digər musiqili teatrlarının nümayəndələri iştirak edəcəklər. Burada festival çərçivəsində nümayiş olunacaq tamaşalar, eyni zamanda, Rusiya müəlliflərinin son on ildə yazdığı yeni əsərlər müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR