Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfirliyində “İstanbul Shopping Festival”ın tanıtımına həsr olunmuş qəbul keçirilib - FOTOSESSİYA

Türkiyənin Azərbaycandakı səfirliyində “İstanbul Shopping Festival”ın tanıtımına həsr olunmuş qəbul keçirilib - <font color=red>FOTOSESSİYA </font>
# 11 mart 2011 17:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türkiyənin Azərbaycandakı səfirliyində məşhur türkiyəli aktyor Kıvaç Tatlıtuğun Bakıya səfəri və İstanbulda keçiriləcək “İstanbul Shopping Festival”ın tanıtımına həsr olunmuş qəbul keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç xanımı ilə birlikdə iştirak edib.

H.Kılıç jurnalistlərə açıqlamasında bildirib ki, martın 18-dən aprelin 26-na kimi keçirilməsi nəzərdə tutulan “İstanbul Shopping Festival” yüksək səviyyədə təşkil olunacaq: “İstanbul dünyanın ən gözəl şəhərlərindən biridir. Bura gələn insanlar təkcə alış-verişə deyil, həm də şəhərin gözəlliyini görməyə gəlirlər. Festival müddətində İstanbulun bazarları, ticarət mərkəzləri 24 saat açıq olacaq, insanlar üçün bir sıra endirimlər edəcəklər”.

Səfir əlavə edib ki, festival müddətində “Türk Hava Yollları”nda da endirimlərin olması nəzərdə tutulur: “Alış-veriş edən insanlar üçün gömrükdə də endirimlər tətbiq olunacaq”.

Qeyd edək ki, Kıvaç Tatlıtuğun ziyafətə qatılması xüsusi maraqla qarşılanıb. Çoxsaylı qonaqlar onunla şəkil çəkdirib. Lakin aktyor yerli jurnalistlərə açıqlama verməkdən imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR