Bank Of Baku

Azərbaycan filmi ilk dəfə olaraq “Cinema Mundi” beynəlxalq festivalında iştirak edib

Azərbaycan filmi ilk dəfə olaraq “Cinema Mundi” beynəlxalq festivalında iştirak edib
# 14 mart 2011 10:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Çexiyanın Brno şəhərində “Cinema Mundi” beynəlxalq festivalı keçirilib. Festivalda “Oskar” mükafatı uğrunda mübarizəyə qoşulmuş 2011-ci ilin ən yaxşı xarici filmləri iştirak edib. APA-nın məlumatına görə, ilk dəfə olaraq festivalda Azərbaycan da iştirak edib və “Sahə” bədii filmi ilə təmsil olunub.

“Sahə” bədii filmi (The Precinct) məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən bəhs edir. Film “Narimanfilm” (Azərbaycan), “Georgianfilm” və “Bagira Films” (Gürcüstan) studiyalarının müştərək istehsalı olub.

Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) və Timur Oduşev (Azərbaycan) ifa edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR