Bank Of Baku

Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycan Tarix Muzeyində II Beynəlxalq Elmi-Sompoziumun açılışı keçirilib

Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycan Tarix Muzeyində II Beynəlxalq Elmi-Sompoziumun açılışı keçirilib
# 15 mart 2011 10:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda keçirilən “Muğam aləmi” II Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycan Tarix Muzeyində II Beynəlxalq Elmi-Sompoziumun açılışı olub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, beynəlxalq simpozium 17 marta kimi davam edəcək. Paytaxtda keçirilən Beynəlxalq Muğam Festivalının əhəmiyyətindən danışan nazir, bu münasibətlə ölkəyə təşrif buyurmuş çoxsaylı qonaqları bir daha salamlayıb.

Ə. Qarayev muğam sənətinin inkişaf tarixindən söz açıb: “XIX əsrin əvvəlləri muğam sənətinin təşəkkülündə qızıl dövr hesab edilir. XIX əsrin sonları, XX əsrin əvvəllərində isə Azərbaycan xanəndələrinin sorağı artıq Avropadan gəlməyə başladı. Milli bəstəkarlıq məktəbinin yaranmasında muğam fundament rolunu oynadı. XX əsrdə isə muğam dünya musiqi sisteminə daxil oldu”.

Təhsil naziri Misir Mərdanov da qonaqlar qarşısında Azərbaycan muğam sənətinin böyüklüyündən söz açıb və festival çərçivəsində bir çox maraqlı tədbirlərin təşkil olunacağını vurğulayıb. Sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, UNESCO nümayəndəsi, fransalı J. Dürinq, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və başqaları çıxış edib.

“Muğam aləmi” II Beynəlxalq Elmi Simpoziumda ABŞ, Almaniya, Çinin uyğur muxtar regionu, Finlandiya, Fransa, İran, Kanada, Özbəkistan, Rusiya, Tunis və Türkiyə nümayəndələri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR