Bank Of Baku

Yuğ Teatrının nəzdində yeni studiya yaradılıb

Yuğ Teatrının nəzdində yeni studiya yaradılıb
# 15 mart 2011 11:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Yuğ Dövlət Teatrının nəzdində yeni teatr studiyası yaradılıb. Teatrın mətbuat katibi Elçin Cəfərovun APA-ya verdiyi məlumata görə, “Axın” yaradıcılıq studiyası adlanan studiya Vaqif İbrahimoğlu və Vidadi Həsənov başda olmaqla bir qrup insanın şəxsi təşəbbüsü ilə təsis edilib. Studiyaya Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və məzunları, müxtəlif teatrlarda çalışan gənc aktyorlar toplaşıb. Məşqlər Yuğ Teatrının tamaşa və məşq zalında aparılır.

Vidadi Həsənov studiyanın gələcək planları haqqında suala belə cavab verib: “Bizim üçün vacib olan studiyaya gələn gənc sənətçilərin peşəkarlıq səviyyəsinin inkişafıdır. Bu barədə hələ ki çox danışmaq istəməzdim. İnşallah, yaxın zamanlarda yeni bir iş təqdim etmək niyyətindəyik”.

”Axın” yaradıcılıq studiyası artıq “Tıq-tıq xanım” adlı tamaşanı teatr ictimaiyyətinin ixtiyarına verib. Tamaşanın quruluşçu rejissoru Vidadi Həsənov Abdulla Şaiqin “Tıq-tıq xanım” adlı məşhur nağılı əsasında müzikl hazırlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR