Bank Of Baku

Beynəlxalq Muğam Festivalı çərçivəsində “Leyli və Məcnun” operası nümayiş olunub

Beynəlxalq Muğam Festivalı çərçivəsində “Leyli və Məcnun” operası nümayiş olunub
# 16 mart 2011 10:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Muğam aləmi” II Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası yeni quruluşda nümayiş etdirilib. APA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru Hafiz Quliyev, musiqi rəhbəri və dirijoru Cavanşir Cəfərov, quruluşçu rəssamı Rafiz İsmayılovdur. Leyli rolunu xalq artisti Nəzakət Teymurova, Məcnun rolunu xalq artisti Mənsum İbrahimov ifa edib. Operanı paytaxt sakinləri ilə yanaşı, beynəlxalq festivalın iştirakçıları da maraqla izləyiblər.

Festival çərçivəsində Heydər Əliyev Sarayında “Muğam-latinos” konserti keçirilib. Beynəlxalq Muğam Mərkəzində isə Azərbaycan və İraq xanəndələrinin iştirakı ilə konsert olub. Konsertdə əməkdar artist Zabit Nəbizadə “Rast” muğamını ifa edib. Sonra tamaşaçılar iraqlı muğam ustası Hüseyn Əl Ədhəmin “İraqi-maqam” kompozisiyasını dinləyibər.

Qeyd edək ki, Beynəlxalq Muğam Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR