Bank Of Baku

Azərbaycan prezidenti AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin maddi-texniki bazasının möhkəmləndirilməsinə 1 mln. manat vəsait ayırıb

Azərbaycan prezidenti AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin maddi-texniki bazasının möhkəmləndirilməsinə 1 mln. manat vəsait ayırıb
# 16 mart 2011 16:51 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncama əsaəsn Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin qorunub saxlanılmasında, tədqiqi və təbliğində xüsusi xidmətləri olan Milli Azərbaycan Tarixi Muzeyinin eksponatlarının restavrasiyası, habelə tarixi əhəmiyyətli yeni muzey əşyalarının alınması üçün 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan AMEA-ya 1,0 (bir) mln. manat məbləğində vəsait ayrılır.

Maliyyə Nazirliyinə bu vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək, AMEA-nın Rəyasət HeyətiNƏ ayrılmış vəsaitdən Milli Azərbaycan Tarixi Muzeyinin təqdim etdiyi plana əsasən aidiyyəti üzrə istifadə olunmasına nəzarəti təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR