Bank Of Baku

Xalça Muzeyində “Açdı çiçək, gəldi yaz” adlı tədbir keçirilib

Xalça Muzeyində “Açdı çiçək, gəldi yaz” adlı tədbir keçirilib
# 17 mart 2011 12:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Açdı çiçək, gəldi yaz” adlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirin keçirilməsində məqsəd Novruz sevincini tamaşaçılarla bölüşmək, qədim bayramla bağlı adət-ənənələri gənc nəslə aşılayıb sevdirmək, onu yaşatmaqdır.

Bayram tədbirində balaca tamaşaçılara muzeyin uşaq teatrının ifasında “Qırmızı papaq” və “Tıq-tıq xanım” nağılı göstərilib. Daha sonra Bülbül adına orta ixtisas musiqi məktəbinin nəzdində fəaliyyət göstərən muğam üçlüyünün ifasında xalq mahnıları və 189 saylı orta məktəbin “Təbəssüm” uşaq rəqs kollektivinin ifasında milli rəqslər təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR