Bank Of Baku

“Azərbaycan muğamı və Orta Şərq musiqisi” mövzusunda elmi simpozium keçirilir

“Azərbaycan muğamı və Orta Şərq musiqisi” mövzusunda elmi simpozium keçirilir
# 17 mart 2011 12:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Bəstəkarlar İttifaqında “Muğam aləmi” II Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən “Azərbaycan muğamı və Orta Şərq musiqisi” mövzusunda elmi simpozium martın 17-də öz işini bölmə iclasında davam etdirib. APA-nın məlumatına görə, iclasa amerikalı professor Yurgen Elsner və azərbaycanlı sənətşünas Sürəyya Ağayeva sədrlik edib. İlk olaraq kanadalı alim Robert Simms “Məhəmməd Rza Şəcərianın avazında əsas struktur və proseslər” mövzusunda məruzə ilə çıxış edib.

Gün ərzində Azərbaycan, Tunis, Finlandiya və rusiyalı musiqişünasların ümumilikdə 5 məruzəsi dinləniləcək. Günün ikinci yarısında simpoziumun yekunlarına həsr olunmuş dəyirmi masanın keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR