Bank Of Baku

Əyyub Quliyev Rusiya Akademik Dövlət Simfonik Orkestri ilə çıxış edəcək

Əyyub Quliyev Rusiya Akademik Dövlət Simfonik Orkestri ilə çıxış edəcək
# 28 mart 2011 14:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Aprelin 2-3-də gənc azərbaycanlı dirijor, A. Toskanini adına dirijorların IX beynəlxalq müsabiqəsinin “qran-pri” mükafatçısı Əyyub Quliyev Rusiyanın Akademik Dövlət Simfonik Orkestri ilə çıxış edəcək. Ə. Quliyev APA-ya bildirib ki, Mineralnıye Vodı Federal Dövlət Filarmoniyasının F. Şalyapin və A. Skryabin adına zallarında keçiriləcək konsertlərin proqramına dünya şöhrətli fransız bəstəkarları Şarl Kamil Sen-Sansın və Jorj Bizenin əsərləri daxildir. Layihənin təşkilatçıları Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və N. Safonov adına Akademik Dövlət Filarmoniyasıdır. Bu layihə “Fransız simfonik teatrı” silsiləsi çərçivəsində keçirilir və ilk dəfə olaraq Yessentuki, Kislovodsk və Simferopol şəhərlərində Ş. K. Sen-Sansın fortepiano üçün 5-ci “Misir” konserti və “Afrika” Fantaziyasının ifası nəzərdə tutulur. Fortepiano partiyasını məşhur rusiyalı pianoçu, beynəlxalq müsabiqələr laureatı Dmitriy Kaprin ifa edəcək. Konsert proqramının ikinci hissəsində isə J. Bizenin “Arlezian qızı” dramasından və “Karmen” operasından məşhur süitlər səslənəcək.

Qeyd edək ki, Əyyub Quliyev 2010-cu ildə Filarmoniyanın 115 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak edib, sentyabr ayında isə dünya şohrətli pianoçu Nikolay Luqanski ilə birlikdə Filarmoniyanın yeni konsert təqviminin açılışına dirijorluq edib. Həmin konsertdən sonra Filarmoniyanın rəhbərliyi tərəfindən ona orkestrin “Dəvətli dirijor” vəzifəsi təklif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR