Bank Of Baku

Azərbaycan səhnəsinin yeni Koroğlusu Ramil Qasımovun debütü uğurlu olub

Azərbaycan səhnəsinin yeni Koroğlusu Ramil Qasımovun debütü uğurlu olub
# 28 mart 2011 15:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Koroğlu” operasının tamaşası keçirilib. Anşlaqla baş tutan tamaşada Koroğlu rolunda ilk dəfə gənc vokalçı Ramil Qasımov çıxış edib. APA-nın məlumatına görə, bununla Akademik Opera və Balet Teatrı gənc istedadların böyük partiyalarda səhnəyə cəlb edilməsi istiqamətində növbəti layihəyə imza atıb. Ramil Qasımov bu rolda çıxış etməyi uşaqlıqdan arzuladığını dilə gətirib. Koroğlu obrazının ən gənc ifaçısı səhnəyə atın belində çıxıb. Səhnədə onun əsas tərəf-müqabilləri İlahə Əfəndiyeva və Şahlar Quliyev olub.

Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
Aktyoru səhnədə Akademik Opera və Balet Teatrının böyük yaradıcı heyəti müşayiət edib. Tamaşanın sonunda peşəkarlar Ramil Qasımovun ifasını yüksək qiymətləndiriblər və onu təbrik ediblər.

Qeyd edək ki, 26 yaşlı Ramil Qasımov Koroğlu partiyasında bu vaxtadək çıxış edən ən gənc ifaçıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR