Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının baş qərargahında bir sıra ikitərəfli görüşlər keçirib
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, iclasda nazir 7-9 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Forumda iştirakı təsdiq olunmuş yüksək vəzifəli şəxslər haqqında məlumat verib və ÜTT-nın əməkdaşlarını bu mühüm tədbirdə iştirak etmək üçün dəvət edib.
ÜTT-nın əməkdaşı BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının növbəti sessiyası haqqında məlumat verərək, İcraiyyə Şurasının üzvü olmaq üçün Avropa regionundan namizədliklərin təqdim edildiyi və Azərbaycanın arzu edəcəyi təqdirdə də namizədliklə bağlı müraciət edə biləcəyini bildirib.
ÜTT-nın Avropa üzrə Regional direktor müavini xanım Kodrula Vohlmuther turizmin və turizm məhsulu istehsalının inkişafına töhvə verə biləcək Xəzər Dənizi Regionunda Kruiz Turizminin inkişaf etdirilməsi təşəbbüsü ilə çıxış edib. Müəyyən məlum problemlərin olmasına baxmayaraq, nazir Xəzər Dənizi Turizminin İnkişafı Layihəsinə tam olaraq dəstək verdiyini bildirib. Müzakirələr zamanı BMT-nin ÜTT tərəfindən regional əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Azərbaycana təşkilat tərəfindən yüksək səviyyəli peşəkarların göndərilməsi təklif olunub.
Əbülfəs Qarayev beynəlxalq səviyyədə Azərbaycanın Dağlıq Qarabağ problemi haqqında məlumat verib, bəzi sərgilərdə Azərbaycan ərazisinin Ermənistanın tərkib hissəsi kimi təqdim edilməsinin yolverilməz olduğunu bildirib. BMT tərəfindən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı 4 qətnamənin qəbul olunduğu diqqətə çatdırılıb, Dağlıq Qarabağ regionunun beynəlxalq sərgilərdə iştirakı ilə bağlı nəzarətin gücləndirilməsi məqsədilə BMT qətnamələrinin həyata keçirilməsində ÜTT-nin dəstəyinə ehtiyac olduğu bildirilib. Görüşlərdə nazir Avstriya ilə birgə əməkdaşlıq nəticəsində Şahdağ Qış-Yay Turizm Kompleksinin xüsusi marketinq planının hazırlanması və maraqlı olduqları təqdirdə BMT ÜTT-nin layihənin hazırlanmasına cəlb olunmaq imkanının olduğunu bildirib. ÜTT-nin əməkdaşı xanım Alla Peressolova İpək Yolu tədbirlərindən söhbət açaraq, cənab naziri cari ilin noyabr ayında Londonda keçiriləcək 5-ci nazirlər sammitinə dəvət edib.
Görüş zamanı ÜTT-nin Rəqabət, Xarici Əlaqələr və Əməkdaşlıq üzrə icraçı direktoru cənab Marcio Favilla ilə naziri Əbülfəs Qarayev arasında Statistika potensialının artırılması üçün seminarların keçirilməsi proqramı (SPAP) (2011-2012) üzrə Anlaşma Memorandumu imzalanıb. Cənab Favilla 2011-ci ildə BMT ÜTT-nin könüllü üzvləri olmaq üçün Azərbaycandan iki namizədin: Azərbaycan Turizm Assosiyası və Bakı Turizm İnformasiya Mərkəzinin namizədliklərinin təqdim olunduğunu qeyd edib. Bu namizədlər cari ilin iyun ayında Keniyanın Mombasa şəhərində keçiriləcək iclasda İcraiyyə Şurasına təqdim olunacaqlar və sözügedən Şura öz növbəsində bu barədə müvafiq rəylərini Koreya Respublikasında Baş Assambleyaya təqdim edəcək. İclasın sonunda 2011-ci ilin ölkə prezidenti tərəfindən Turizm İli elan olunduğunu nəzərə alaraq, nazir ölkə başçısı İlham Əliyevin İspaniya Krallığına rəsmi səfərinin və səfər zamanı BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Qərargahına ziyarətin təşkil olunmasını təklif edib.
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
Rusiyanın Perm diyarına PUA hücumu olub, 5 nəfər xəsarət alıb
Sabah Bakıda yağış yağacağı, şimşək çaxacağı gözlənilir - PROQNOZ
Tovuzda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB
FHN ölkə üzrə silsilə maarifləndirmə tədbirləri keçirib - FOTOLENT
Bakıda Kanaki və Tahiti komandalarına dəstək aksiyasından maraqlı fotolar
Yeni Kaledoniyadan dəstək aksiyasının iştirakçısı: Gənc futbolçularımızın bizi Bakıda təmsil etməsi böyük qürurdur
Fransız Polineziyasından dəstək aksiyasının iştirakçısı: Gənclərimizin Bakıda yarışması bizi sevindirir
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib - FOTOLENT - YENİLƏNİB
Naxçıvan-Şahbuz magistralında ağır qəza, xəsarət alanlar var - FOTOLENT
Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə aksiyalar keçirib - FOTOLENT
İlham Əliyev Qazaxıstan Prezidentini Respublika Günü münasibətilə təbrik edib
Neftçalada aylıq normadan çox yağış yağıb, bəzi rayonlara qar düşüb - FAKTİKİ HAVA
Bakıda "Turandot" tamaşasının premyerası baş tutub - FOTOLENT
Bolqarıstanda prezident seçkiləri keçirilir
Lissabonda polis etirazçılara müdaxilə edib, saxlanılanlar var - FOTOLENT
Bu gün Azərbaycan millisi növbəti 2 matçını keçirəcək
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
İordaniyada kilsəyə silahlı hücum nəticəsində ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB
Müdafiə naziri: Britaniya 1000 gün ərzində müharibəyə hazır olmalıdır
Ərəb koalisiyası ər-Riyad üzərində daha bir pilotsuz uçuş aparatını vurub
İsrail ordusu seçki öncəsi hazırlıq səviyyəsini maksimuma çatdırıb
Tramp Danimarkanın Qrenlandiyanı ABŞ-a verdiyini düşünür
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
İtaliyada etirazlar zamanı 371 nəfər saxlanılıb
Tramp ABŞ Konqresinə seçkilərdə iştirak edib
İran ABŞ-a yeni təkliflər göndərməsi ilə bağlı xəbərləri təkzib edib
Husilər ər-Riyad hava limanını hərbi hədəf elan ediblər
Prezident İlham Əliyevin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Tramp İrana yeni zərbələr endirilə biləcəyini istisna etməyib
İran ABŞ-ın blokadanı aradan qaldırması müqabilində Hörmüzü açmağı təklif edib
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
"Euronews": AQEM üzvləri regional dialoqu konkret addımlara çevirməyə çalışırlar - VİDEO
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
Mask Ukrayna ordusu üçün Starlink internet xidmətlərində məhdudiyyət tətbiq etdiyini etiraf edib
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Gürcüstanda saxlanılan İbad Hüseynov səfirliyin dəstəyi ilə buraxılıb, Azərbaycana qayıdıb
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB
Fransada iğtişaşlar zamanı 1000-ə yaxın şəxs saxlanılıb
Rusiya Xarkov və Dnepropetrovsk vilayətinə zərbələr endirib: ölənlər və yaralananlar var
İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislə arasında toqquşma yaşanıb
Fransada oktyabrın 24-də 410 min nəfər etiraz aksiyalarına qatılıb
Husilər Səudiyyə Ərəbistanında hava limanlarını və neft obyektlərini hədəf aldıqlarını açıqlayıblar
FIFA U-15: Azərbaycan Timor-Leste millisini 6:0 məğlub edib
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB
Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk
Ukrayna qüvvələri Omskda kimya zavoduna zərbə endirib
Goranboyda “Changan” piyadanı vuraraq öldürüb - FOTO
Rusiya səfirliyi diplomatların İrandan çıxarılması ilə bağlı iddialara münasibət bildirib
Lənkəranda balıq tutan kişi ölüb
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1