Bank Of Baku

Ramil Qasımov: ““Koroğlu”nun film-opera variantını hazırlamaq fikrindəyik”– FOTO

Ramil Qasımov: ““Koroğlu”nun film-opera variantını hazırlamaq fikrindəyik”– <font color=red>FOTO</font>
# 29 mart 2011 14:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Təbii ki, Koroğlunun əvvəlki ifaçılarını izləmişəm. Ən çox da Bülbüldən təsirlənmişəm. Koroğluya məhz Bülbülün ifasında vurulmuşam. Amma Lütfiyar İmanovun da ifasını çox bəyənirəm”. APA-nın məlumatına görə, bu sözləri keçirdiyi mətbuat konfransında Azərbaycan səhnəsinin yeni “Koroğlu”su Ramil Qasımov deyib.

Martın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə Üzeyir Hacıbəylinin “Koroğlu” operasında çıxış edən R. Qasımov 11 ildir Musiqili Komediya Teatrında çalışdığını, sənətin sirlərini Bülbülün tələbəsi olmuş Mobil Əhmədovdan öyrəndiyini deyib. R. Qasımov bu partiyaya hazırlaşarkən 1 ay Qobuda atla məşq edib. O, “Koroğlu”nun film-opera variantını hazırlamaq fikrində olduğunu da açıqlayıb.

Gənc opera sənətçisi bədii rəhbəri olduğu “Biz Bakıdanıq” estrada simfonik orkestri və “R&D” şirkətindən də danışıb. R. Qasımov bildirib ki, orkestri yaratmaqda məqsədi istedadlı və peşəkar gəncləri bir araya toplamaqdır. Aprel ayından etibarən orkestr “Səni tərənnüm edirəm, Azərbaycanım” şüarı altında regionlarda, ilin sonunda isə ölkə xaricində konsertlər verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR