Bank Of Baku

Venesiya Biennalının 54-cü Beynəlxalq İncəsənət Sərgisində Azərbaycan pavilyonu qurulacaq - FOTO

Venesiya Biennalının 54-cü Beynəlxalq İncəsənət Sərgisində Azərbaycan pavilyonu qurulacaq - <font color=red>FOTO</font>
# 30 mart 2011 14:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Venesiya Biennalının 54-cü Beynəlxalq İncəsənət sərgisində Azərbaycan pavilyonu qurulacaq. APA-nın məlumatına görə, Venesiya Biennalı iyunun 4-dən noyabrın 27-dək keçiriləcək. Azərbaycan incəsənətinin də nümayiş olunacağı sərgi isə sentyabrın 30-dək davam edəcək.
“Palazzo Benzon” sarayında təşkil olunacaq sərgidə Azərbaycan pavilyonunun kuratoru Çingiz Fərzəliyevdir. Sərgidə Azərbaycan incəsənətinin iki nəslinin işləri nümayiş olunacaq. Rəsmlər, heykəltəraşlıq nümunələri, incəsənət instalyasiyaları, video-çarxlar Azərbaycan mədəniyyətinin son illərdə inkişafını dünya ictimaiyyətinə çatdırılmasına xidmət edəcək.
54-cü Beynəlxalq İncəsənət Sərgisində Azərbaycanın tanınmış incəsənət xadimləri Mikayıl Əbdürəhmanov, Xanlar Qasımov, Zeyham Əzizov, Altay Sadıqzadə, Aydan Salahova, Ağa Hüseynovun əl işləri nümayiş olunacaq.
Bu pavilyon Azərbaycan Mədəniyyət və Turizm Nazirlyinin təşəbbüsü ilə qurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR