Bank Of Baku

“Atəşgah məbədi” qoruğunun yenidənqurma işlərində Hindistan mütəxəssisləri də iştirak edəcək

“Atəşgah məbədi” qoruğunun yenidənqurma işlərində Hindistan mütəxəssisləri də iştirak edəcək
# 31 mart 2011 10:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA. “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun yenidənqurma işləri çərçivəsində Hindistan mütəxəssisləri Azərbaycana səfər edəcək. APA-nın məlumatına görə, bunu Hindistanın Azərbaycandakı səfiri Debnat Şau bildirib.

Onun sözlərinə görə, Hindistandan Azərbaycana gələcək iki mütəxəssisin kimliyi artıq məlumdur: “Eyni zamanda Azərbaycanın mədəniyyət və turizm nazirinin onları qəbul etməsi də təsdiqlənib. Mütəxəssislər Azərbaycana cari ilin ilk yarısında gələcəklər. Onlardan biri epiqrafika, yəni qədim yazıların oxunmasına sahəsində, digəri isə arxeologiya sahəsində Azərbaycana yardım edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR