Bank Of Baku

Bakıda Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalı başlayır

Bakıda Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalı başlayır
# 01 aprel 2011 12:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Aprelin 2-də Bakıda Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalı başlayacaq. APA-nın məlumatına görə, festivalla əlaqədar M. F. Axundov adına Milli Kitabxanada mətbuat konfransı keçirilib. Mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, festivalın bədii rəhbəri, professor Fərəc Qarayev, Gürcüstandan gələn pianoçu Nino Jvaniya, britaniyalı violonçel ustası Aleksandr İvaşkin, ukraynalı dirijor Vladimir Runçak iştirak edib.

Fərəh Əliyeva bildirib ki, aprelin 8-dək davam edəcək festivala 10 ölkədən musiqi kollektivləri, ifaçılar və musiqişünaslar qatılacaq. Festivalın proqramı barədə məlumat verən şöbə müdiri açılış və qapanış mərasimlərinin Azərbaycan Dövlət Filarmoniyasında olacağını deyib: “Biz bir ildən artıqdır bu festivala hazırlaşırıq. Festival çərçivəsində Muzey Mərkəzində elmi konfrans keçiriləcək. Dördüncü dəfə keçiriləcək festival müasir musiqiyə həsr olunacaq. Düşünürəm ki, bu festival xüsusilə gənc bəstəkarların, yeni musiqi axtarışında olan şəxslərin diqqətini cəlb edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR