Bank Of Baku

Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II respublika müsabiqəsinə yekun vurulub

Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II respublika müsabiqəsinə yekun vurulub
# 01 aprel 2011 16:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Filarmoniyasında uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II respublika müsabiqəsinin yekun konserti keçirilib. APA-nın məlumatına görə, konsertdən əvvəl çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Firudin Qurbanov bildirib ki, müsabiqə nəfəsli və zərb alətləri üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaqların aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədi daşıyır.
14-17 mart tarixlərində keçirilmiş müsabiqə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunub. Fleyta, qaboy, klarnet, truba, trombon, valtorna, tuba, saksofon, zərb alətləri ixtisasları üzrə iki yaş qrupunda keçirilmiş müsabiqədə Bakı, Gəncə, Sumqayıt, Şirvan şəhərlərindən, Abşeron, Hacıqabul, Füzuli, Quba, Qusar, Sabirabad, Samux rayonlarından, Naxçıvan Muxtar Respublikasından 100-ə yaxın şagird iştirak edib. Belarus Dövlət Musiqi Akademiyasının kafedra müdiri, professor, sənətşünaslıq doktoru Boris Niçkovun sədrlik etdiyi, tanınmış musiqiçi və müəllimlərdən ibarət münsiflər heyətinin qərarına əsasən 24 gənc ifaçı müsabiqənin laureatı adına, müxtəlif dərəcəli diplomlara və pul mükafatına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR