Bank Of Baku

İsrafil İsrafilov Polşaya gedir

İsrafil İsrafilov Polşaya gedir
# 02 aprel 2011 14:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov bu gün Polşaya yola düşəcək. Bu barədə APA-ya məlumat verən direktor deyib ki, səfər Polşa teatrları ilə əməkdaşlıq məqsədi daşıyır. İ. İsrafilov qeyd edib ki, səfər çərçivəsində o, Polşa Milli Dram Teatrı, Polşa Krakov Teatrı, Varşavanın İncəsənət Universitetində olacaq. Eləcə də Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Polşanın bir sıra tanınmış rejissor, dramaturq, tənqidçiləri ilə dəyirmi masalar keçiriləcəyini deyib: “Burada qarşılıqlı rejissor mübadiləsi haqqında müzakirələr aparılacaq. Azərbaycanlı rejissorların, o cümlədən Azərpaşa Nemətovun Polşa teatrında tamaşa qoyması məsələsini danışacağıq. Bununla bərabər, görüşlər zamanı müasir dramaturqlarımız Elçin, Kamal Abdulla, Afaq Məsudun əsərlərini Polşa səhnəsində qoyulması, klassiklərimizin əsərlərinin səhnələşdirilməsi yönündə söhbətlər aparacağıq”.

Milli Dram Teatrının rəhbəri deyib ki, bu səfər çərçivəsində Polşa teatr rəhbərləri, eləcə də yaradıcı heyət Azərbaycan teatrı haqqında ətraflı bilgilər veriləcək. Onun sözlərinə görə, qarşılıqlı əlaqələrin qurulması və mədəniyyətlərarası mübadilənin yüksək səviyyədə baş tutması üçün iki ölkə teatrlarının bir-birini tanıması vacibdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR