Bank Of Baku

Ceyhun Mirzəyevin 65 illik yubileyi qeyd olunacaq

Ceyhun Mirzəyevin 65 illik yubileyi qeyd olunacaq
# 05 aprel 2011 10:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Aprelin 9-da mərhum rejissor və aktyor Ceyhun Mirzəyevin 65 yaşı tamam olur. Yubiley münasibətilə Dövlət Film Fondu sənətkarın xatirə gecəsini keçirəcək. Fondun mətbuat xidmətinin rəhbəri Rəşad Qasımovun APA-ya verdiyi məlumata görə, tədbir aprelin 11-də Dövlət Film Fondunda olacaq.

Mərasimdə Ceyhun Mirzəyevin həyat və yaradıcılığından söhbət açılacaq, çəkildiyi filmlərdən parçalar nümayiş olunacaq. Mərhum aktyorun baş rolda çəkildiyi “Qara qağayı” filmindən fraqmentlər də göstəriləcək. Bu film 1962-ci ildə Rusiyada Georgi Koltunov tərəfindən çəkilib və fonda isə ötən il hədiyyə edilib.

Tədbirdə Ceyhun Mirzəyevin həyat və yaradıcılığını əks etdirən foto-sərgi də təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR