Bank Of Baku

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan İSESCO Təşkilatının baş direktoru ilə görüşüb - FOTO

Mədəniyyət  və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan İSESCO Təşkilatının baş direktoru ilə görüşüb - <font color=red>FOTO</font>
# 06 aprel 2011 09:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan İSESCO Təşkilatının baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb. APA-nın məlumatına görə, təşkilat rəhbərinin Bakıya səfəri aprelin 7-dən 9-dək paytaxtda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdir. Görüşdə Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinin əhəmiyyətindən danışılıb. Əbdüləziz bin Osman əl-Tüveycri bu cür beynəlxalq tədbirlərinin təşkilini ölkələrarası qarşılıqlı dostluq və əməkdaşlıqların qurulmasında vacib addım kimi qiymətləndirib.

Qonağı salamlayan mədəniyyət və turizm Əbülfəs Qarayev sabahdan start götürəcək forumdan söz açıb. Nazir qeyd edib ki, bu forumda dünyanın beş qitəsindən qonaqların iştirakı çox sevindirici haldır: “Çoxsaylı qonaqların iştirakı ölkələr arasında hər bir sahələr üzrə əlaqələrin qurulmasına vüsət yaradacaq. Bu hal da bizləri fərəhləndirməyə bilməz. Forumun yüksək səviyyədə baş tutması üçün çox maraqlı proqram hazırlanıb. Çox hörmətli qonaqlarımız forumda iştirakla bərabər, Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanacaqlar”.

Ə. Qarayev İSESCO rəhbərinə Azərbaycanın həyata keçirdiyi bu cür mötəbər layihələrə hər zaman dəstək olduqları üçün minnətdarlığını ünvanlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR