Bank Of Baku

Əbülfəs Qarayev Çexiyanın mədəniyyət naziri ilə görüşüb

Əbülfəs Qarayev Çexiyanın mədəniyyət naziri ilə görüşüb
# 07 aprel 2011 12:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Bakıda işə başlayan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Çexiyanın mədəniyyət naziri İrji Besserlə görüşüb. APA-nın xəbərinə görə, görüşdə Ə. Qarayev çexiyalı qonağa tədbirə qatıldığı üçün təşəkkür edib. Nazir deyib ki, Azərbaycan bu kimi layihələr təşkil etməkdə maraqlıdır: “Bu baxımdan Azərbaycan nümunəvi ölkədir. Biz sizin ölkə ilə bütün sahələrdə qarşılıqlı əməkdaşlıq tərəfdarıyıq. Çox istərdim ki, burda olduğunuz müddətdə qarşılıqlı əməkdaşlıq protokolları imzalansın. Biz Çexiya təcrübəsini bölüşməkdə maraqlıyıq”.

İ. Besser isə öz növbəsində deyib ki, onlar bu forumun keçirilməsini yüksək qiymətləndirirlər. Çexiyanın Azərbaycanla daha geniş səviyyəli əlaqələrin qurulmasında maraqlı olduğunu deyən nazir Çexiya prezidentinin bu məqsədlə yaxın zamanlarda Azərbaycanla səfər edəcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR