Bank Of Baku

Azərbaycanda tarixi abidələr və qoruqlarla bağlı dövlət proqramı hazırlanıb

Azərbaycanda tarixi abidələr və qoruqlarla bağlı dövlət proqramı hazırlanıb
# 07 aprel 2011 12:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda tarixi abidələr və qoruqlarla bağlı dövlət proqramı hazırlanıb. APA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirib. V. Əliyevin sözlərinə görə, sözügedən proqram rəylərin toplanması üçün Nazirlər Kabinetinə verilib. Hökumətdə müzakirələrdən sonra yaxın vaxtlarda proqramın təsdiqlənməsi gözlənilir: «Proqramda tarixi abidələrin qorunması, pasportlaşdırılması, sərhədlərinin müəyyənləşdirilməsi və sairə məsələlər əksini tapır. Bu proqram qəbul olunduqdan sonra Azərbaycanın ermənilərin işğalı altındakı ərazilərində yerləşən abidələrlə də bağlı ayrıca addımların atılması planlaşdırılır».

Nazir müavini əlavə edib ki, işğal olunmuş ərazilərdəki abidələrin vəziyyəti ilə bağlı UNESCO tərəfindən araşdırmaların aparılması mümkündür. Qarabağdakı tarixi abidələrin ermənilər tərəfindən dağıdılmasına və saxtalaşdırılmasına dair Azərbaycanda kifayət qədər faktların olduğunu deyən V.Əliyev rəsmi Bakının beynəlxalq təşkilatları bununla bağlı araşdırmalara çağıracağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR