Bank Of Baku

Əbülfəs Qarayev: “Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ənənəvi xarakter daşıyacaq”

Əbülfəs Qarayev: “Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ənənəvi xarakter daşıyacaq”
# 07 aprel 2011 13:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Bakıda keçirilən forumun işini çox yüksək qiymətləndirirəm. Forum dövlət başçısının təşəbbüsü ilə keçirilir və bu, prezident İlham Əliyevin mədəniyyətlərarası dialoq məsələsinə necə həssaslıqla yanaşdığını göstərir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib. O bu gün başlayan forumun Azərbaycanda keçirilməsinin ənənəvi xarakter daşıyacağını deyib: “Biz bu məqsədimizə çatmaq üçün çox çalışmışıq. Avropa mədəniyyət nazirlərinin toplantısını keçirmişik, İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin konfransını keçirmişik. Bu proses Bakı prosesi adı altında inkişaf edir. Bu forumun hazırlanmasında, ictimai maraq yaradılmasında Azərbaycan mediasını rolunu xüsusi qeyd etmək istəyirəm. Forum çərçivəsində mədəniyyətlərarası dialoqda medianın roluna həsr olunmuş xüsusi bir panel keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR