Bank Of Baku

Əbülfəs Qarayev UNESCO-nun fakt-araşdırıcı missiyasının Dağlıq Qarabağa səfəri ilə bağlı Azərbaycan tərəfinin şərtlərini açıqlayıb

Əbülfəs Qarayev UNESCO-nun fakt-araşdırıcı missiyasının Dağlıq Qarabağa səfəri ilə bağlı Azərbaycan tərəfinin şərtlərini açıqlayıb
# 07 aprel 2011 13:40 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə mədəniyyət və turizm anziri Əbülfəs Qarayev deyib.

Nazir səfərin təşkili ilə bağlı Azərbaycan tərəfinin tələblərini də açıqlayıb: “Bizim tələbimiz ondan ibarətdir ki, araşdırıcı komissiya mədəni irsin vəziyyətini öyrənmək istəyirsə, işğal olunmuş torpaqlarımızla yanaşı, eyni zamanda Ermənistan və Azərbaycana gəlməli və bütün vəziyyəti təhlil etməlidir. İkinci şərtimiz odur ki, missiya Dağlıq Qarabağa Azərbaycan tərəfdən keçməlidir”.

Əbülfəs Qarayev Ermənistanın beynəlxalq sərgilərdə Dağlıq Qarabağı öz əraziləri kimi təqdim etməsinə də münasibət bildirib: “Guya Xankəndində turizm mərkəzlərinin yaradılacaq və gələcəkdə ora turistlər cəlb olunacaq. Ermənistan beynəlxalq sərgilərdə öz stendlərində Dağlıq Qarabağı da öz əraziləri kimi təqdim edirlər. Guya ora səfərlər təşkil edirlər. İşğal altında olan ərazilərə kim gedəcək? Erməni diasporunun böyük imkanları var, belə səfərləri təşkil etmək prinsipcə mümkündür. Lakin bu beynəlxalq qanunlara zidd olan bir məsələdir. Burada biz tam əminik ki, Ümumdünya Turizm Təşkilatı bu hərəkətləri pisləyir, bizim mövqeyimizi dəstəkləyirlər. Azərbaycanın mədəniyyət və turizm naziri vəzifəsini icra edən şəxs kimi bütün dünyaya tövsiyə edirəm ki, Ermənistana gedərkən Dağlıq Qarabağa getməyin. Çünki Dağlıq Qarabağ Azərbaycan torpağıdır və sizin ora getməyiniz qanunsuzdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR