Bank Of Baku

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Daha mənalı dialoqa doğru: mədəniyyət, incəsənət və irs” mövzusunda sessiya keçirilib

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Daha mənalı dialoqa doğru: mədəniyyət, incəsənət və irs” mövzusunda sessiya keçirilib
# 07 aprel 2011 15:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bakıda işə başlayan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Daha mənalı dialoqa doğru: mədəniyyət, incəsənət və irs” mövzusuna II sessiya keçirilib. APA-nın məlumatına görə, sessiyaya Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Avropa Şurasının Mədəniyyət və Təbii İrsinin mədəniyyət direktoru Robert Palmer həmsədrlik edib.
Sessiyada Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ruslan Abdulatibov, Mərakeşdən yazıçı, fotoqraf Leyla Qandi, Misirdən “Əl Mavrid Əl Təkafi”nin direktoru Basma El Hüseyni, eləcə də Niderlanddan Mekano Arxitektenin direktoru Fransin Jan Huben mövzuya uyğun müzakirələr aparıblar.

Sessiyada çıxış edən TÜRKSOY-un baş katibi Düseyn Kaseinov Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsindən razılığını dilə gətirib: “Bu tədbirin təşkilində şəxsən iştirak edən Azərbaycanın dövlət başçısı İlham Əliyevə TÜRKSOY adından təşəkkür edirəm. Bu forum ölkələr arasında barış və dostluğa çağırışdı”.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Şeney Başar da öz növbəsində qardaş ölkəyə belə bir mötəbər tədbiri təşkil etdiyinə görə təşəkkürünü bildirib.
Sessiya başa çatdıqdan sonra forum iştirakçıları Heydər Əliyev Sarayında nümayiş olunacaq Azərbaycan və Litva ifaçılarının birgə çıxış etdiyi “Küləyin yuxusu” tamaşasını izləyəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR