Bank Of Baku

Azərbaycan və Litva musiqiçilərin birgə iştirakı ilə “Küləyin yuxusu” adlı musiqili tamaşanın premyerası keçirilib- FOTO

Azərbaycan və Litva musiqiçilərin birgə iştirakı ilə “Küləyin yuxusu” adlı musiqili tamaşanın premyerası keçirilib- <font color=red>FOTO</font>
# 07 aprel 2011 18:44 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, tamaşaya 400-dən artıq Forumda iştirak edən xarici ölkələrdən qonaqlar və Azərbaycan dövlət rəsmiləri seyr edib.
Tamaşanın rejissoru litvalı Edmuntas Bjeskas, xoreoqrafı Təranə Muradova və bəstəkarı Rəşad Həşimovdur.
“Küləyin yuxusu” musiqili tamaşasıda Azərbaycandan Dövlət Rəqs Ansamblın rəqqasları, Dövlət Opera və Balet Teatrın rəqs qrupu, Pantomima Teatrın artistləri, Bakı Xoreoqrafiya Məktəbin tələbələri və “Rast” vokal-instrumental ansamblı iştirak edib. Litvadan isə musiqiçilər Veronika Tovilioniene və İlja Aksenov iştirak ediblər.
“Küləyin yuxusu”-da bir neçə ölkələrin mədəniyyət nümunələri və rəqslər nümayiş olunub. Tamaşada kiçik yaşlı muğam ifaçısı Cəlal Əliyev “Vətənimdir” mahnısını ifa edib. Həmin muğam səslənən zaman Azərbaycanın işğal olunmuş ərazilərində dağıdılan abidələrin görüntüləri böyük ekranda nümayiş olunub.

Tədbir qonaqların ayaq üstü alqışları ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR